O səni sevən kimi

Anan səndən ötrü nələr eləmir ki, nələrə dözmür ki… Oda-közə vurur özünü, ağrılarını-acılarını ürəyində, qayğılarını çiynində daşıyır. Səni gülərüz, xoş əhvali-ruhiyyədə görəndə dünyanı bağışlayırlar ona, sanki. Narahatlığını simandan, gözlərindən oxuyur, qəlbinə yol tapmağa çalışır, başını köksünə sıxıb tellərini oxşayır: “Nə olub sənə, niyə narahatsan, ömrüm-günüm?” Sənsə bu nəvazişdən kövrəlir, bir az da ərköyünləşirsən. “Kaş ki bir dərdi olmayaydı” deyərək nigarançılığın qoynuna qısılıb səbirsizliklə cavabını gözləyir. Nə olar, çalış, hər gileyi, gördüyün hər hadisəni ona bildirmə. İncitmə ana qəlbini, hər xırda şeyi dilinə gətirmə, hər şeydən ötrü qəlbinə od salma. Axı bu dünya fanidir. Qədrini bil ananın, qoru onu, qorx onu itirməkdən. Ana zirvədir, əvəzsiz, sənə, mənə gərəkli zirvə...

Söhbət düşəndə deyirsən: “Borcunu qaytara biləydim, ana!” Mümkündürmü bu? — Əsla! Ona qarşı sayğılı, xoşrəftar davran, onsuz da çıxa bilməzsən o borcdan. Sev ananı, sev, o səni sevən kimi...


Davamı →

Düzgün olmayan tərbiyə, ananın səhvi yoxsa... yalnızlıq?

Artıq çox qocalmışdı. Səhhəti də yaman pozulmuşdu.Qabırğası yaman ağradırdı. O uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür, ele hey düşünürdü. Bu yaşa gəlmiş, amma necə gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75 il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda yadına çox az şeylər gəlirdi, onları toplayıb bir araya gətirəndə, yadında olduğu günləri toplayanda heç 5 il də eləmirdi.Yoxsa, mənasız bir ömürmü sürmüşdü? Hər halda, bunları düşümək heç bir şey vermirdi ona, növbəti faydasız saatlar demək idi.İndi ona fərq etmirdi mənasızdı, ya mənalı .yaşadıqları ona əziyyət verirdi. Dörd oğul, üç qız övladı böyütmüşdü. Qızlarından biri 16 yaşı olmamış vəfat etmişdi. Ceri- cehizini təzə toplamışdı. Amma qısmət olmadı. O dövrdə olmazın acılarını çəkmişdi. Digər iki qızı isə biri Rusiyada yaşamış (ailə qurduqdan sonra oraya yoldaşı ilə getmiş və daha Azərbaycana dönməmişdi), biri isə Zaqulbada yaşayırdı. Arada gəlib ona baş çəkirdi. Aralarındakı məsafə elə də uzaq deyildi.Oğlanları isə, böyük oğlu İqbal, Namiq, Babək və Sadiq — hər biri ailə sahibi idilər. Onu nəticə sahibi də etmişdilər. Amma nə olsun, nəticə və nəvələri bir yana, nə oğlanları, nə qızları ona nəyinki baş çəkmir, heç telefonlada əlaqə saxlamırdılar. Onu soruşan onunla maraqlanan yox idi. O tək idi, yalnız idi. Özünü günahlandırırdı. Yəqin düzgün tərbiyə edə bilməmiş, valideyn haqqı, övlad haqqını onlara aşıra bilməmişdi. Elə deyilsə, bəs necədi?


Ardı →